Türkiyənin köməyi ilə 300 minlik Suriya ordusu yaradılır
Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına 300 min nəfərlik nizami ordu yaratmağa kömək edəcək. Onun formalaşmasında türkiyəli hərbi məsləhətçilər və mütəxəssislər iştirak edəcək. Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
“Məqsədimiz bir il və ya il yarım ərzində 300 minlik ordu yaratmaqdır. Ölkə daxilindəki çətin vəziyyət və İsrail təhlükəsi bunu zəruri edir”, - deyə ərəb respublikasının yeni rəhbərliyini təmsil edən general Əhməd Osman nəşrə bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə 70-80 min nəfərlik silahlı qüvvələrin onurğa sütunu formalaşacaq, ən qısa müddətdə onların sayı 150-200 minə çatacaq: “Yaradılan ordunun tərkibinə 40 minə yaxın İdlibdən olan “Həyat Təhrir əl-Şam” (HTŞ) qruplaşmasının üzv daxil olacaq, 50 min əsgəri Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusundan, həmçinin rejimin cinayətlərində iştirak etməmiş hərbi və kəşfiyyat zabitləri. Bu mərhələdə Türkiyənin hərbi dəstəyi müstəsna əhəmiyyət kəsb edir”, - Osman qeyd edib.
“Türkiyə”nin məlumatına görə, Türkiyə hərbi kontingenti Suriyanın beş həyati nöqtəsində yerləşdiriləcək.
Daha əvvəl məlum olmuşdu ki, HTŞ-in hərbi qanadına rəhbərlik edən Murhaf Əbu Kasra Suriya keçid hökumətində müdafiə naziri təyin edilib.
Almaz Həsənli