Ermənistan hakimiyyəti ABŞ-dan keçmiş müdafiə nazirinin malikanəsini həbs etməyi xahiş edib
Ermənistan hakimiyyəti ABŞ-dan ölkənin keçmiş müdafiə naziri Vigen Sarkisyanın Massaçusetsdəki malikanəsini həbs etməyi xahiş edib.
Oxuməni.az “Sputnik Ermənistan”-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyasına prokuror Saşik Avetisyan məlumat verib.
“Çirkli pulların yuyulmasında təqsirləndirilən Vigen Sarkisyanın qeyri-qanuni yolla əldə etdiyi vəsaitlə ABŞ-da malikanə aldığını nəzərə alaraq, müstəntiq İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi tərəfindən təsdiq edilmiş əmlaka həbs qoyulmasına qərar verib”, - Avetisyan bildirib.
Qarşılıqlı hüquqi yardım çərçivəsində əmlakın üzərinə həbs qoyulması ilə bağlı sorğu da ABŞ hakimiyyət orqanlarına göndərilib.
2023-cü ilin oktyabr ayında. Ermənistan Baş Prokurorluğu keçmiş müdafiə naziri Vigen Sarkisyana qarşı qiyabi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətə külli miqdarda ziyan vurmaqda ittiham edərək cinayət işi açıb. O, Ermənistanda axtarışa verilib və ilkin məlumatlara görə, ABŞ-da yaşayır.
Almaz Həsənli