Kuba ABŞ üçün heç bir təhlükə yaratmadığını bəyan etdi
Kuba ABŞ üçün heç bir təhlükə yaratmır və ölkə digər ölkələrlə hərbi əməkdaşlıq etsə də, onların ərazisində heç bir bazaları yoxdur. Bu barədə Kuba Prezidenti Migel Dias-Kanel bildirib.
"Hərbi doktrinamız başqa bir ölkəyə qarşı heç bir təcavüz nəzərdə tutmur. Biz ABŞ üçün heç bir təhlükə yaratmırıq", - deyə o, mətbuat konfransında bildirib.
Prezident qeyd edib ki, Kubanın hərbi doktrinası yalnız ölkənin müdafiəsinə yönəlib. "Bizim dost ölkələrlə, müttəfiqlərlə hərbi əməkdaşlığımız və hərbi müqavilələrimiz var, lakin bu, Kubada hərbi bazaların olması demək deyil. Kubada bir qanunsuz hərbi baza var - Kubanın Quantanamo əyalətində yerləşən qanunsuz Amerika bazası", - Dias-Kanel bildirib.
Əziz Mustafa
Digər xəbərlər













.jpg)
.jpg)
.jpg)






















.jpg)
.jpg)
.jpg)








































.jpg)