Moskvada Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vladimir Alekseyevə sui-qəsd edilib

Moskvada Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vladimir Alekseyevə sui-qəsd edilib

12:11
Bəyəndim (2) Bəyənmədim (0)


Moskvada, Volokolamsk şosesindəki yaşayış binasında bir kişi Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə bir neçə dəfə atəş açıb, o, xəstəxanaya yerləşdirilib. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
İstintaq Komitəsinin məlumatına görə, fevralın 6-da "hələlik müəyyən edilməmiş şəxs general-leytenanta bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb". General Moskva xəstəxanalarından birinə yerləşdirilib, vəziyyəti barədə məlumat verilmir. Təhlükəsizlik qüvvələrinə yaxın olan "Mash" və "Baza" teleqram kanalları generalın kürəyindən vurulduğunu iddia edir.
Qəsdən adam öldürməyə cəhd və odlu silahın qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açılıb.
Vladimir Alekseyev Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (keçmiş QRU) birinci rəis müavinidir.
Almaz Həsənli