ABŞ İranda müvəqqəti hökumət planı hazırlayır

ABŞ İranda müvəqqəti hökumət planı hazırlayır

13:53
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Trampın administrasiyası İranda rejim dəyişikliyi halında müvəqqəti hökumət qurulması planını hazırlayır. Bu barədə "The National" nəşri mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, layihə üzərində ABŞ prezidentinin kürəkəni Jared Kuşner işləyir. Onun vəzifəsi, mövcud rejimin süqutu halında keçid hökumət orqanının yaradılması ilə bağlı məsləhətləşmələr üçün İran-Amerika iş adamlarından ibarət bir qrup toplamaqdır.
Mənbə həmçinin bildirib ki, Ağ Ev nümayəndələri yaxın günlərdə Florida ştatının Palm Biç şəhərində İran müxalifətçiləri ilə görüşməyi planlaşdırırlar.
Fevralın 4-də Reuters agentliyi mənbələrə istinadən bildirmişdi ki, Donald Tramp diplomatik həll perspektivlərinin pisləşməsi ilə əlaqədar İrana qarşı hərbi əməliyyat keçirməyə meyllidir.
Almaz Həsənli