The Telegraph: Rusiya İran rejimini dəstəkləmək üçün Tehrana gizli yolla 2,5 milyard dollar göndərib
The Telegraph: Rusiya İran rejimini dəstəkləmək üçün Tehrana gizli yolla 2,5 milyard dollar göndərib Rusiya İran rejimini dəstəkləmək üçün gizli şəkildə İrana milyardlarla dollar nağd pul göndərib. Tonlarla əskinas qatar və gəmi ilə daşınıb. Bu barədə Oxuməni.az The Telegraph-a istinadən məlumat verib.
Nəşrin məlumatına görə, Rusiyanın dövlətə məxsus Promsvyazbank dörd ay ərzində təxminən 2,5 milyard dollar nağd pul çatdırıb. Donald Trampın ilk prezidentlik müddəti ərzində Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra 34 göndərişdə təxminən beş tona yaxın əskinas göndərilib.
Əldə edilən sənədlərə görə, dəyəri 57 ilə 115 milyon dollar arasında olan hər bir göndəriş Moskvadakı Promsvyazbankdan Tehrana İran Mərkəzi Bankına göndərilib.
Bu yolla Moskva və Tehran sanksiyaları və ənənəvi maliyyə kanallarını aşaraq ölkələr arasında əvvəllər düşünüləndən daha dərin əməkdaşlığın olduğunu göstərir.
İlk göndəriş 13 avqust 2018-ci ildə, ABŞ-ın sanksiyalar əmri imzalandıqdan bir həftə sonra həyata keçirilib. O, 57,3 milyon dollar dəyərində 110 kq nağd puldan ibarət idi.
The Telegraph-ın məlumatına görə, yük dəmir yolu ilə Həştərxana, daha sonra dəniz yolu ilə Xəzər dənizi üzərindən İranın Əmirabad limanına və daha sonra dəmir yolu ilə yenidən Tehrana çatdırıla bilərdi.
O dövrdə İranın mərkəzi bankına sanksiyaların sərtləşdirilməsi zamanı qurum Əbdülnasir Hemmati rəhbərlik edirdi.
ABŞ-ın İran üzrə keçmiş xüsusi elçisinin müavini Riçard Nefyuya görə, bu cür köçürmələr İran iqtisadiyyatını sabitləşdirməyə yönəlmiş ola bilərdi.
Əziz MUSTAFA



























.jpg)
.jpg)
.jpg)































.jpg)
.jpg)
.jpg)

















