Mask: Ayda ilk şəhər 10 ildən az müddətdə salına bilər

Mask: Ayda ilk şəhər 10 ildən az müddətdə salına bilər

08:10
Bəyəndim (1) Bəyənmədim (0)


SpaceX diqqətini Marsdan Aya yönəldir və növbəti on il ərzində Yer kürəsinin peykində özünü inkişaf etdirən bir şəhər qurmağı hədəfləyir, şirkətin təsisçisi Elon Mask bildirib.

"SpaceX diqqətini Ayda özünü inkişaf etdirən bir şəhər qurmağa yönəldib, çünki potensial olaraq bu məqsədə 10 ildən az müddətdə nail ola bilərik, Mars üçün isə 20 ildən çoxdur", Mask sosial mediada yazıb.

Elon Maskın sözlərinə görə, Aya çatmaq texniki cəhətdən daha asan və daha sürətlidir: buraxılış pəncərəsi hər 10 gündən bir açılır və uçuşun özü təxminən iki gün çəkir. Bu arada, Marsa uçuş pəncərəsi hər 26 aydan bir açılır və səyahət müddəti təxminən altı aydır. SpaceX-in təsisçisi qeyd edib ki, şirkət 5-7 il ərzində Marsda şəhər tikmək üzərində işə başlamağı planlaşdırır.

“The Wall Street Journal” mənbələrə istinadən bildirib ki, SpaceX şirkəti 2027-ci ilin mart ayında Aya ilk dəfə pilotsuz eniş etmək niyyətindədir. Qəzet həmçinin şirkətin NASA ilə əməkdaşlığı çərçivəsində müvəqqəti olaraq Ay proqramına diqqət yetirdiyini və Marsa missiya planlarını təxirə saldığını yazıb.

Əziz MUSTAFA