Yaponiya hakim partiyası parlamentin aşağı palatasına keçirilən seçkilərdə inamlı qələbə qazanıb
Yaponiya Liberal-Demokrat Partiyası (LDP), Baş nazir Sanae Takaiçinin rəhbərliyi altında ölkə parlamentinin aşağı palatasına keçirilən seçkilərdə qalib gələrək 465 yerdən 316-sını əldə edib. Oxuməni.az-ın məlumatına görə, bu barədə yerli KİV-lər xəbər verib.
NHK tərəfindən dərc olunan yekun hesablamalara görə, LDP 316 mandat, koalisiya tərəfdaşı olan İnnovasiya Partiyası isə 36 mandat qazanıb.
Bu, LDP-nin 1955-ci ildə yarandığı gündən bəri ən yaxşı nəticəsidir. Əvvəlki rekord 1986-cı ildə Baş nazir Yasuhiro Nakasone dövründə qeydə alınmışdı, o zaman partiya 300 yer qazanmışdı.
"Kyodo" agentliyinin qeyd etdiyi kimi, parlament seçkilərində qələbə Takaiçiyə "özünün mühafizəkar siyasi proqramını irəli aparmaqda əhəmiyyətli üstünlük" verir.
Seçkilərdən əvvəl LDP-nin 198 yeri var idi və KİV-in diqqət çəkdiyi kimi, hazırkı uğur Takaiçinin şəxsi populyarlığı sayəsində mümkün olub.
"Kyodo" qeyd edir ki, parlamentin əsas aşağı palatasında üçdə iki səs baryerini (310 yer) keçmək, LDP-yə Konstitusiyaya düzəlişlər etmək və ya hətta bu təşəbbüslər parlamentin yuxarı palatası tərəfindən rədd edilsə belə, qanun layihələri qəbul etmək imkanı verir, çünki hakim koalisiya orada azlıqda qalır.
"Komeito" və Konstitusiya-Demokrat Partiyasından ibarət müxalifət partiyaları ittifaqı 100-dən çox yer itirib. Seçkilərdən əvvəl müxalifət nümayəndələri 172 yerə sahib idilər, indi isə cəmi 49 yerə sahibdirlər.
Daha əvvəl Takaiçi, exit-poll nəticələri açıqlandıqdan sonra hökumətdə kadr dəyişikliyi etməyi planlaşdırmadığını bildirmişdi.
EFE agentliyi onun sözlərini belə sitat gətirir: "Bizim Nazirlər Kabinetimiz üç aydan bir qədər əvvəl formalaşıb. Bütün nazirlər güvəndiyim insanlardır. Onlar intensiv işləyirlər və buna görə də mən kadr dəyişikliyi etməyəcəyəm."
Almaz Həsənli































































.jpg)
.jpg)
.jpg)
















