Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendum martın 15-də keçiriləcək
Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev martın 15-də yeni Konstitusiya ilə bağlı ümumxalq referendumunun keçirilməsi barədə fərman imzalayıb. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat verib.
Fərmana əsasən, referendumda "Layihəsi 12 fevral 2026-cı ildə mediada dərc olunmuş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?" sualı veriləcək.
Qazaxıstanda konstitusiya islahatı prosesi, 2025-ci ilin sentyabr ayında elan etdiyi birpalatalı parlamentə keçid təşəbbüsü ilə başladı. Tokayevin sözlərinə görə, ilkin plan Konstitusiyanın təxminən 40 maddəsində dəyişiklik etmək idi. "Lakin, proses zamanı dəyişikliklərin sayının xeyli çox olacağı məlum oldu. Bildiyiniz kimi, 2022-ci il islahatında Konstitusiyanın 33 maddəsi yeniləndi. İndi isə dəyişikliklər daha da genişdir. Biz mahiyyət etibarilə yeni Konstitusiyanın qəbul edilməsi istiqamətində addım atmaq üzrəyik", - deyə o, yanvar ayının sonunda bildirib.
Dəyişikliklərin hazırlanması 21 yanvarda yaradılmış xüsusi komissiyaya həvalə edilib. Komissiyaya parlament üzvləri və nazirlər də daxil olmaqla 100-dən çox insan daxil idi. 31 yanvarda komissiya yeni Konstitusiyanın layihəsini dərc etdi.
Yeni Konstitusiyanın əsas ideyaları təhsil və elm, mədəniyyət və innovasiyanı əhatə edir və onun əsas müddəaları dövlətin "insan mərkəzliliyini" gücləndirməyə yönəlib. Əsas dəyişikliklərə birpalatalı parlamentin formalaşdırılması və vitse-prezident vəzifəsinin təsis edilməsi daxildir.
10 fevralda Tokayev hökumət iclasında yeni Konstitusiya layihəsində göstərilən müddəaların Qazaxıstanın siyasi sisteminin "güclü prezident, nüfuzlu parlament və hesabatlı hökumət" konsepsiyasına əsaslanaraq inkişafını təmin etdiyini elan etdi. Beləliklə, o bildirdi ki, Qazaxıstan nəhayət super prezident idarəetmə formasından uzaqlaşır və "səlahiyyətli və nüfuzlu parlament"ə malik prezident respublikasına keçir. O, həmçinin qeyd etdi ki, layihə "vacib mütərəqqi normaları özündə birləşdirir" və onun fikrincə, "Qazaxıstanın inkişafına güclü təkan verəcək".
Əziz Mustafa



















.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)


























