Britaniyalı milyarder ölkənin miqrantlar tərəfindən müstəmləkə edilməsindən şikayətlənib
Britaniya müavinətlər vasitəsilə dövlət resurslarını tükəndirən miqrantlar tərəfindən müstəmləkə edilib. Milyarder və Mançester Yunaytedin həmtəsisçisi Cim Ratkliff bunu Sky News-a verdiyi müsahibədə bildirib.
Sahibkar doqquz milyon insanın müavinət aldığı və çoxlu sayda miqrant axınının olduğu iqtisadiyyatın olduqca baha başa gəldiyini vurğulayıb. Ratkliffin sözlərinə görə, belə bir iqtisadiyyat sadəcə olaraq dayanıqsızdır.
Milyarder ölkənin miqrantlar tərəfindən müstəmləkə edildiyini və Baş nazir Keyr Starmerin öz vəzifələrini yerinə yetirmədiyini bildirib. Ratkliff qeyd edib ki, Britaniyanı normal vəziyyətə qaytarmaq üçün "çox çalışmaq" lazımdır.
10 fevralda Starmerin hakimiyyətinin başlanğıcından bəri ölkəyə rekord sayda miqrantın gəldiyi bildirilib.
Əziz MUSTAFA













.jpg)
.jpg)
.jpg)





















.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)









