Oman ABŞ-dan İrana bir neçə mesaj çatdırıb
Oman hakimiyyəti dolayı danışıqların ilk raundu başa çatdıqdan sonra ABŞ-dan İrana bir neçə mesaj çatdırıb. Oxuməni.az-ın “TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Oman və Qətərə səfərlərindən sonra İran dövlət televiziyasının efirində bildirib.
"Biz amerikalılara məktub göndərməmişik, lakin Omandakı dostlarımız bizə Birləşmiş Ştatlardan bəzi mesajlar çatdırıblar ki, biz onları Tehranda araşdıracağıq", - o deyib.
Bundan əvvəl İslam Respublikasının vitse-prezidenti və ölkənin Atom Enerjisi Təşkilatının (AETİ) rəhbəri Məhəmməd Eslami bildirmişdi ki, İran Omanda ABŞ ilə keçirilən danışıqlarda zənginləşdirilmiş uranın üçüncü ölkələrə verilməsi imkanını müzakirə etməyib.
Fevralın 6-da Omanın paytaxtında İran və ABŞ arasında İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqlar keçirilib. Bu görüş 2025-ci ilin iyununda İran-İsrail münaqişəsinin kəskinləşməsi səbəbindən uzun fasilədən sonra ilk görüş olub. Həmin vaxta qədər İslam Respublikası və Birləşmiş Ştatlar beş raund məsləhətləşmələr keçirmişdilər.
Almaz Həsənli



















.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)


























