Tramp Qəzza ilə bağlı çoxmilyardlıq planı gələn həftə Sülh Şurasının iclasında təqdim edəcək
ABŞ Prezidenti Donald Tramp gələn həftə Sülh Şurasının ilk rəsmi iclasında Qəzza zolağının bərpası ilə bağlı çoxmilyardlıq planı elan edəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə “Associated Press” məlumatlı mənbələrə istinadən xəbər verir.
Mənbələrə görə, Tramp administrasiyası fevralın 19-da keçiriləcək Sülh Şurasının ilk iclasında ən azı 20 ölkədən nümayəndə heyətlərinin iştirakını gözləyir.
Müharibədən dağılmış Qəzza zolağının bərpası üçün bir neçə milyard dollar, həmçinin ərazinin təhlükəsizliyini təmin etməli olan beynəlxalq sabitləşdirmə qüvvələri üçün minlərlə hərbçi ayrılacağı gözlənilir.
Bununla belə, İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib ki, o, gələn həftə ABŞ-a qayıtmayacaq.
Sülh Şurasının yaradılması Trampın Qəzza zolağındakı münaqişəni başa çatdırmaq üçün təklif etdiyi planın bir hissəsi idi. Onun formalaşması 2026-cı ilin yanvarında elan edilmişdi.
Dünyanın müxtəlif ölkələrindən təxminən 60 lider Şuraya dəvət alıb, bəziləri təsisçi kimi. Tramp Sülh Şurasının ilk sədri olub.
Yanvarın 22-də Davosda Sülh Şurasının təsis mərasimi keçirilib.
Almaz Həsənli
















.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)































