Karib dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisi toqquşub

Karib dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisi toqquşub

12:00
Bəyəndim (3) Bəyənmədim (0)

Cənubi Amerika sahillərində Karib dənizində iki ABŞ Hərbi Dəniz Qüvvələri gəmisi toqquşub. Bu barədə BBC-nin yaydığı məlumatda deyilir

Cənub Komandanlığının açıqlamasına görə, esmines "Truxtun" və sürətli döyüş dəstək gəmisi "USS Supply" dənizdə yanacaq doldurarkən toqquşub. Hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb, lakin onların vəziyyəti sabitdir.

Hər iki gəmi Cənubi Amerika sahillərində hadisə yerindən təhlükəsiz şəkildə yollarına davam ediblər. Cənub Komandanlığı toqquşmanın səbəbini açıqlamayıb və hadisənin hazırda araşdırıldığını bildirib.

Son aylarda ABŞ Prezidenti Donald Tramp administrasiyanın narkotik əleyhinə əməliyyatının bir hissəsi olaraq Karib dənizində hərbi qüvvələrin artırılmasını əmr edib. ABŞ həmçinin yanvar ayında ölkə prezidenti Nikolas Maduronu ələ keçirdikdən sonra Venesuela neftinə sanksiyalar tətbiq etmək üçün bölgədəki hərbi mövcudluğundan istifadə edib.
Əziz MUSTAFA