Ərdoğan Prezident Şeyx Əl Nəhyanın xəstəliyi səbəbindən BƏƏ-yə səfərini təxirə salıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın səhhəti ilə əlaqədar 16 və 17 fevral tarixlərində BƏƏ-yə planlaşdırılan səfərini təxirə salıb.
Haberler-in Türkiyə Prezident Aparatının verdiyi açıqlamada bildirilir ki, Rəcəb Tayyib Ərdoğan və Şeyx Əl Nəhyanın telefon danışığı olub. Cənab Ərdoğan BƏƏ Prezidentinə tezliklə sağalmasını arzulayıb. Tərəflər Türkiyə Prezidentinin daha sonra BƏƏ-yə səfər etməsi barədə razılığa gəliblər.
Türkiyə Prezident Aparatı bildirib ki, Rəcəb Tayyib Ərdoğan və Şeyx Əl Nəhyanın görüşündə ikitərəfli müqavilələrin imzalanması gözlənilir. Həmçinin bildirilib ki, cənab Ərdoğan fevralın 17-də Efiopiyaya rəsmi səfərə gedəcək.
Əziz MUSTAFA
Digər xəbərlər



























































.jpg)
.jpg)
.jpg)

















