Barak Obama yadplanetlilərin mövcudluğuna niyə inandığını izah edib

Barak Obama yadplanetlilərin mövcudluğuna niyə inandığını izah edib

15:20
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ-ın keçmiş prezidenti Barak Obama yadplanetlilərin mövcudluğu ilə bağlı verdiyi son cavabı İnstaqram səhifəsində izah edib.Bu barədə Oxuməni.az “RBK”ya istinadla xəbər verir.
"Mən sürətli cavab vermə ruhuna sadiq qalmağa çalışdım, lakin bu diqqət çəkdiyindən, icazə verin aydınlaşdırım. Statistik olaraq, kainat o qədər böyükdür ki, orada başqa yerdə həyatın mövcud olma ehtimalı yüksəkdir. Lakin Günəş sistemləri arasındakı məsafələr o qədər böyükdür ki, bizə yadplanetlilərin baş çəkmə ehtimalı azdır və prezidentliyim dövründə mən heç bir sübut görmədim ki, kənar sivilizasiyalar bizimlə əlaqə saxlasın. Dürüstəm!" - deyə o yazıb.
Daha əvvəl Obama aparıcı Brayan Tayler Koenin podkastında iştirak edib. Aparıcının suallar verdiyi və onun cavab verməli olduğu hissədə, o, yadplanetlilərin mövcudluğu barədə verilən suala cavab verib.
"Yadplanetlilər realdır?" sualına Obama belə cavab verib: "Onlar realdır, lakin mən onları görməmişəm. Onları 51-ci Zonada saxlamırlar. Heç bir yeraltı obyekt yoxdur, əgər böyük bir gizli sövdələşmə olmasa və onlar bunu Amerika Birləşmiş Ştatlarının prezidentindən gizlətməsələr" - deyə o cavab verib. Bundan sonra “Herald Sun” və “Time” kimi bir çox media orqanları Barak Obamanın yadplanetlilərə inandığını və onları real adlandırdığını yazıb.
2021-ci ildə Obama bildirmişdi ki, Pentqonun gizli arxivlərində hərəkət prinsipi izah olunmayan uçan boşqabların fotoları saxlanılır. Obama bəyan edib ki, Birləşmiş Ştatlarda mənşəyi naməlum uçan obyektlərin çəkilişləri mövcuddur. "Onların necə hərəkət etdiyini, trayektoriyasını izah edə bilmirik" - deyə sabiq prezident izah edib.
Almaz Həsənli