Anna Akopyan Nikol Paşinyanla vətəndaş nikahının bitdiyini elan etdi

Anna Akopyan Nikol Paşinyanla vətəndaş nikahının bitdiyini elan etdi

11:36
Bəyəndim (1) Bəyənmədim (0)


Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan onunla vətəndaş nikahının başa çatdığını bildirib.
Oxuməni.az xəbər verir ki, bu barədə Akopyan özünün Facebook hesabında məlumat verib.
"Əziz həmvətənlər. Bildirirəm ki, baş nazir Nikol Paşinyanla vətəndaş nikahım başa çatıb. Xahiş edirəm, hamı bu mövzuya münasibətdə təmkinli və düzgün olsun", - o, öz səhifəsində yazıb.
Beləliklə, Ermənistan KİV-lərinin də bildirdiyi kimi, məlum olub ki, Paşinyan və Akopyan nikahlarını VVAQ-da qeydiyyatdan keçiriblər.
Almaz Həsənli