Sanae Takaiçi Yaponiya Baş Naziri vəzifəsinə yenidən seçildi
Yaponiya parlamentinin yuxarı palatası Sanae Takaiçini 105-ci Baş Nazir vəzifəsinə yenidən seçdi. Bu barədə Oxuməni.az “NHK” telekanalına istinadən məlumat yayıb.
Səsvermə iki turda keçirildi, çünki ilk turda xanım Takaiçi qalib gəlmək üçün lazım olan səslərin yarısını toplamaqdan bir səs kənar qaldı. İkinci turda onun lehinə 125 deputat, rəqibi Dzyunya Ogavaya isə 65 deputat səs verdi, "RIA Novosti" yazır. Nazirlər kabinetinin tərkibi bu gün daha sonra elan olunacaq və gözlənilir ki, bu tərkibdə dəyişiklik olmayacaq.
Sanae Takaiçi Baş Nazir vəzifəsinə 21 oktyabr 2025-ci ildə başlamışdı. O, Yaponiyanın tarixində bu vəzifəyə gələn ilk qadın olmuşdu. Əvvəlki Baş Nazir Şigeru İşibanın istefasından sonra növbədənkənar seçkilər təyin olundu. Yanvar ayında xanım Takaiçi parlamentin aşağı palatasını buraxaraq növbədənkənar seçkilər elan etdi. Fevralda onun rəhbərlik etdiyi Yaponiya Liberal-Demokrat Partiyası (LDP) parlamentdə (465 yerdən) rekord sayda 316 yer qazandı.
Almaz Həsənli






















.jpg)
.jpg)
.jpg)























.jpg)
.jpg)
.jpg)






























