Səudiyyə Ərəbistanı Ramazan bayramı münasibətilə Azərbaycana 5 ton xurma hədiyyə edib
Səudiyyə Ərəbistanının Azərbaycandakı Səfirliyi Ramazan ayı münasibətilə 5 ton xurma paylayıb. Bu barədə Oxuməni.az, “Yeni Şafak” nəşrinə istinadən məlumat yayıb.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Rezidensiyasında xurma paylama mərasimi keçirilib. Tədbirdə çıxış edən Krallığın Azərbaycandakı səfiri İssam bin Salehdən əl-Cüteyli Azərbaycan xalqını müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. O qeyd edib ki, bu əlamətdar gün münasibətilə Səudiyyə Ərəbistanı Krallığı qardaş Azərbaycan xalqına bayram sovqatı olaraq ümumilikdə 5 ton xurma hədiyyə edir. Onun sözlərinə görə, humanitar aksiyalar Səudiyyə Ərəbistanının İslam İşləri və Nasihat Nazirliyinin rəhbərliyi altında həyata keçirilir və nazir Əbdüllətif əl-Şeyxin dəstəyi ilə icra olunur.
Qeyd olunub ki, xurma paylama müsəlman ənənələrində xüsusi yer tutur. Bu adət Ramazan ayında, anım mərasimlərində, xeyriyyə aksiyalarında, həmçinin həcc ziyarətindən qayıdarkən - Uca Allahın nemətlərinə şükür etmək və mərhəmət diləmək niyyəti ilə yerinə yetirilir.
Səfir vurğulayıb ki, gətirilən xurmaların böyük hissəsi Qafqaz Müsəlmanları İdarəsinə təhvil veriləcək, qalan hissəsi isə Səudiyyə Ərəbistanı Səfirliyi tərəfindən Azərbaycan Respublikasının müvafiq dövlət qurumları vasitəsilə ehtiyacı olanlara paylanacaq.
Diplomat qeyd edib ki, bu cür humanitar proqramlar və xeyriyyə təşəbbüsləri İslam dəyərlərinə, qardaşlıq və həmrəylik prinsiplərinə əsaslanır, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Krallığın təşəbbüsü ilə həyata keçirilən proqram dünyanın 100-dən çox ölkəsini əhatə edir.
Həmçinin bildirilir ki, yaxın vaxtlarda Kral Salman adına Humanitar Yardım və Xeyriyyə Mərkəzinin dəstəyi ilə Azərbaycana əlavə 25 ton xurma göndərilməsi planlaşdırılır. Bu partiya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təhvil veriləcək.
Almaz Həsənli






























.jpg)
.jpg)
.jpg)























.jpg)
.jpg)
.jpg)






















