Böyük Britaniya kralının qardaşı Epşteyn işinə görə saxlandıqdan sonra sərbəst buraxıldı
Böyük Britaniya kralı III Çarlzın qardaşı, Endryu Mauntbetten-Vindzor, amerikalı maliyyəçi Cefri Epşteyn ilə əlaqələri ilə bağlı iş üzrə həbs edildikdən 12 saat sonra sərbəst buraxılıb.
Oxuməni.Az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Məlumata görə, "Endryu saxlandıqdan təxminən 12 saat sonra nəzarətdən azad edilib. O, Eylşem şəhərinin polis bölməsini avtomobillə tərk edib. Onun oturacağa bir qədər arxaya söykəndiyi müşahidə edilib."
Mauntbetten-Vindzor dünən, 66-cı ad günündə, Şərqi İngiltərədəki Sandringem kral mülkünün ərazisindəki evinin yaxınlığında saxlanılıb. Hadisə yerinə 6 polis avtomobili gəlib. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir.
Qeyd olunur ki, saxlanılma kralın qardaşının ticarət nümayəndəsi kimi fəaliyyət göstərdiyi və Epştein ilə əlaqəli olduğu dövrlə bağlıdır. Hazırda polis Berkşir və Norfolkdakı ünvanlarda axtarışlar aparır. İstintaq həmçinin şahzadənin maliyyəçi tərəfindən Böyük Britaniyaya göndərilən bir qadınla mümkün görüşünün təşkili barədə məlumatları yoxlayır. O, bütün ittihamları rədd edir.
Almaz Həsənli













.jpg)
.jpg)
.jpg)





.jpg)






















.jpg)
.jpg)
.jpg)




































