Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətində olduğunu bəyan edib

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətində olduğunu bəyan edib

11:55
Bəyəndim (2) Bəyənmədim (0)


Yaponiya Baş naziri Sanae Takaiçi parlamentin aşağı palatasında proqram xarakterli çıxışında ölkəsinin ərazi problemini həll etmək və Rusiya ilə sülh müqaviləsi imzalamaq niyyətində olduğunu bildirib. O, eyni zamanda, ikitərəfli münasibətlərin hazırda ağır vəziyyətdə olduğunu etiraf edib. Oxuməni.az-ın məlumatına görə, bu barədə TASS xəbər verir.
Sülh sazişi məsələsi Rusiya və Yaponiya arasında ən çətin məsələlərdən biri olaraq qalır. Rusiya ardıcıl olaraq mövqe tutur ki, Cənubi Kuril adaları İkinci Dünya müharibəsinin nəticələrinə görə SSRİ-nin tərkibinə daxil olub və onlara Rusiya suverenliyi şübhə doğurmur.
Ukraynadakı müharibənin başlamasından sonra Yaponiya Qərbin sanksiya siyasətinə qoşulub və bundan sonra danışıqlar prosesi faktiki olaraq dondurulub. 2022-ci ilin martında Rusiya Xarici İşlər Nazirliyi Tokionun addımlarına cavab olaraq sülh müqaviləsi üzrə danışıqları dayandırdığını elan edib.
Almaz Həsənli