Ukrayna üzrə növbəti danışıqlar raundunun nə vaxt keçiriləcəyi məlum olub
Rusiya, Ukrayna və ABŞ arasında növbəti danışıqlar raundu gələn həftə Cenevrədə keçirilə bilər. Oxuməni.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
"Danışıqlar [Ukrayna üzrə] gələn həftə yenidən başlaya bilər. Yenə Cenevrədə", - deyə agentliyin həmsöhbəti bildirib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov izah etmişdi ki, danışıqlar üçün platforma kimi İsveçrə şəhərinin seçilməsi bütün iştirakçılar üçün məqsədəuyğunluq və rahatlıq baxımından əsaslandırılıb.
Fevralın 18-də Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında iki günlük danışıqlar başa çatıb: ilk gün müzakirələr altı saat, ikinci gün isə təxminən iki saat davam edib. Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski onları "çətin, lakin işgüzar" adlandırıb, Vladimir Zelenski isə tərəflərin atəşkəsə nəzarət mexanizmi barədə "demək olar ki, razılaşdıqlarını" bildirib.
Almaz Həsənli


.jpg)


















.jpg)
.jpg)
.jpg)





.jpg)






















.jpg)
.jpg)
.jpg)





























