Aİ deputatların uçuş xərclərini 16 milyon avroya qaldırmaq istəyir

Aİ deputatların uçuş xərclərini 16 milyon avroya qaldırmaq istəyir

15:11
Bəyəndim (0) Bəyənmədim (0)


Avropa İttifaqı (Aİ) yaxın dörd il ərzində öz yüksək vəzifəli deputatlarının özəl təyyarələrlə uçuşlarına xərclənən məbləği 16 milyon avroya qədər artırmaq niyyətindədir.
Oxuməni.az xəbər verir ki, bu barədə “Politico” tender sənədlərinə istinadən məlumat yayıb.
"Aİ yaxın dörd il ərzində öz yüksək vəzifəli rəsmilərinin özəl təyyarələrlə uçuşlarına 16 milyon avroya qədər xərcləməyi planlaşdırır. Bu, əvvəlki dörd illik dövrlə müqayisədə 3 milyon avro daha çoxdur", - məqalədə deyilir.
Uçuşların sifarişçiləri Avropa Parlamenti, Avropa Komissiyası, Aİ Şurasının Baş katibliyi və Avropa Xarici Fəaliyyət Xidmətidir.
Avropa Komissiyası xərclərin artırılmasını dünya münasibətlərindəki "artıq proqnozlaşdırıla bilməyən" vəziyyətlə izah edir. Orqanın qiymətləndirməsinə görə, bunun nəticəsində təcili uçuşlara ehtiyac artır.
Almaz Həsənli