Flamingo raketləri Rusiyanın qitələrarası ballistik raket zavoduna zərbə endirib

Flamingo raketləri Rusiyanın qitələrarası ballistik raket zavoduna zərbə endirib

11:18
Bəyəndim (0) Bəyənmədim (0)

21 Fevral gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisinə Flamingo qanadlı raket zərbələri endirib. Hərbçilər qitələrarası ballistik raketlər istehsal edən Votkinsk zavoduna zərbə endirib və digər hədəflər də vurulub.

Bu barədə RBC-Ukraine Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Telegram kanalına istinadən məlumat yayıb.

"Zərbə FP-5 Flamingo qanadlı raketlərindən istifadə edilməklə həyata keçirilib. Votkinsk şəhərində Votkinsk hərbi-sənaye kompleksinə məxsus obyektə zərbə endirilib. Obyektdə yanğın aşkar edilib. Nəticələr dəqiqləşdirilir", - deyə açıqlamada bildirilir.

Əziz Mustafa