Kiyevdə rusiyalı dəniz piyadası məhbusları öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib

Kiyevdə rusiyalı dəniz piyadası məhbusları öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib

14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Kiyev məhkəməsi rusiyalı hərbçi Vladimir İvanovu iki ukraynalı hərbi əsirini öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edib. Bu barədə 20 fevralda Ukraynanın Baş prokuroru Ruslan Kravçenko məlumat verib.

Müstəntiqlərin sözlərinə görə, cinayət 2025-ci ilin yanvar ayında Kursk bölgəsində döyüşlər zamanı baş verib. Məhkəmə müəyyən edib ki, İvanov və digər rus əsgərləri pusqu qurublar, bu zaman iki ukraynalı əsgər silahlarını yerə qoyub təslim olmaq üçün əllərini qaldırıblar, lakin məhkum əsgər onlara atəş açıb.

Məhkəmədə şahidlər - İvanovun əsgər yoldaşları - onun komandirinin əmrləri ilə hərəkət etdiyini bildiriblər. Lakin məhkəmə güc tətbiq etmək üçün hərbi zərurət olmadığı və təqsirləndirilən şəxsin əmrin cinayət xarakterindən xəbərdar olduğu və tabe olmaqdan imtina edə biləcəyi qənaətinə gəlib.

Hərbçinin hərəkətləri "bir qrup şəxs tərəfindən törədilən və beynəlxalq humanitar hüquqla qorunan şəxslərin ölümünə səbəb olan müharibə qanunlarını və adətlərini pozma" kimi təsnif edilib.

Məhkəmə həmçinin mülki iddianı qismən təmin edib: İvanova mərhumlardan birinin keçmiş həyat yoldaşına 50 milyon qrivna təzminat ödəmək tapşırılıb.

Əziz Mustafa