Belqorod güclü raket  hücumuna məruz qalıb, dağıntılar var və enerji infrastrukturuna ziyan dəyib

Belqorod güclü raket hücumuna məruz qalıb, dağıntılar var və enerji infrastrukturuna ziyan dəyib

10:06
Bəyəndim (2) Bəyənmədim (0)

Qubernator Vyaçeslav Qladkov bildirib ki, Belqoroda raket hücumu nəticəsində şəhərin enerji infrastrukturuna ziyan dəyib.
"Belqorod şəhəri və Belqorod rayonu Ukrayna Silahlı Qüvvələri tərəfindən kütləvi raket atəşinə məruz qalıb. Nəticədə enerji infrastrukturuna ciddi ziyan dəyib. Sakinlərin evlərinə elektrik enerjisi, su və istilik təchizatında fasilələr yaranıb. Zərərin dərəcəsini gündüz saatlarında tam qiymətləndirə biləcəyik", - deyə o, Max platformasında yazıb.

Region qubernatoru əlavə etdi ki, bütün təcili yardım xidmətləri yerində işləyir. Nəticələr barədə məlumatlar dəqiqləşdirilir.

Ukrayna demək olar ki, hər gün sərhəd bölgələrini atəşə tuturlar. 2024-cü ilin avqust ayından bəri Belqorod vilayətində antiterror əməliyyatı aparılır və oradakı vəziyyət federal fövqəladə vəziyyət elan edilib.

Əziz MUSTAFA