Kim Çen In Koreya Əmək Partiyasının sədri vəzifəsinə yenidən seçilib

Kim Çen In Koreya Əmək Partiyasının sədri vəzifəsinə yenidən seçilib

10:11
Bəyəndim (1) Bəyənmədim (0)


Şimali Koreya Xalq Demokratik Respublikasının (ŞKXDR) rəhbəri Kim Çen In Koreya Əmək Partiyasının baş katibi vəzifəsinə yenidən seçilib. Bu qərar partiyanın IX qurultayında qəbul edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KTTA) məlumat yayıb.
“Bu, son beş ilin mübarizəsinin tarixi qiymətləndirilməsi və əziz yoldaş Kim Çen Inın müqəddəs adı altında yüksələn bayrağın simvolu olan əbədi qələbələrin böyük nəticələridir. Bu, bütün xalqın seçimini və iradəsini özündə əks etdirən məsuliyyətli və təntənəli mövqedir”, — Koreya Mərkəzi Teleqraf Agentliyi bildirir.
Kim Çen In 2011-ci ildən bəri ŞKXDR-i idarə edir. Onun partiyanın rəhbəri vəzifəsinə seçildiyi əvvəlki qurultay 2021-ci ilin yanvarında keçirilib.
Almaz Həsənli