Tramp Meksikada narkotik baronunun məhv edilməsində ABŞ-ın iştirakını etiraf etdi
ABŞ prezidenti Donald Tramp, Konqresə ünvanladığı illik müraciətində ilk dəfə olaraq amerikalı qüvvələrin Meksika karteli "Yeni Xalisko Nəsli"nin (CJNG) başçısı El Mençonun zərərsizləşdirilməsi əməliyyatında iştirakını rəsmən təsdiqləyib.
Bu barədə Oxuməni.az, “Fox News”-a istinadən xəbər verir.
Tramp bəyan edib ki, Vaşinqton milli maraqlar naminə hərəkət edərək Qərb yarımkürəsində təhlükəsizliyi və hökmranlığı bərpa edir.
Onun sözlərinə görə, Meksikanın geniş əraziləri uzun müddət narkokartellər tərəfindən nəzarətdə olub. O, indi onların hamısının xarici terrorçu təşkilatlar kimi tanındığını dəqiqləşdirdi.
Amerika lideri həmçinin vurğulayıb ki, yeni hərbi kampaniya ABŞ-a fentanil tədarükünün rekord həcmlərinin, o cümlədən su yolu ilə dayandırılmasına imkan verib.
Almaz Həsənli





















.jpg)
.jpg)
.jpg)


























































