Honqkonqda koronavirusla bağlı hökumətin qərarına qarşı etiraz nümayişi keçirilib

Honqkonqda koronavirusla bağlı hökumətin qərarına qarşı etiraz nümayişi keçirilib

27 Yanvar 2020 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Honqkonq sakinləri koronavirusun yayılması ilə əlaqədar hökumətin karantin təklifinə qarşı çıxaraq etiraz nümayişi keçirib.

Oxuməni.az-ın məlumatına görə bu barədə “South China Morning Post” qəzeti məlumat dərc edib.

Qeyd edək ki, Honqkonq Administrasiyasının rəhbəri Kerri Lem, koronavirusun yayılması ilə mübarizə aparan tibb işçiləri üçün yeni tikilmiş və hələ tam istifadəyə hazır olmayan yaşayış komplekslərini karantin sahəsi kimi istifadə etməyi təklif edib.

Bu təklif şəhər sakinlərinin narazılığına səbəb olub.

Oxuməni.az