Haftara ağır zərbə: muzdlu dəstələr məhv edildi

Haftara ağır zərbə: muzdlu dəstələr məhv edildi

2 İyun 2020 17:09
Bəyəndim (0) Bəyənmədim (0)

Liviya hökumətinə bağlı Hərbi Hava Qüvvələri Giryan şəhərində qiyamçı Xəlifə Haftar ordusuna zərbələr endirib.

Oxuməni.az xəbər verir ki, bu barədə hökumətə bağlı “Qəzəb vulkanı” əməliyyat qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Bildirilir ki, hava zərbələri nəticəsində Haftara bağlı 2 muzdlu dəstə zərərsizləşdirilib, eyni zamanda hərbi avtomobillər də məhv edilib.

Oxuməni.az