AMEA-nı de- fakto idarə edən kimdir ? - Onu Mehdiyevin "sağ əli" edən nədir?

AMEA-nı de- fakto idarə edən kimdir ? - Onu Mehdiyevin "sağ əli" edən nədir?

13 Fevral 2022 00:11
Bəyəndim (0) Bəyənmədim (0)

AMEA-nın de-fakto rəhbəri Eldar Əmirovdur. Kimdir Eldar Əmirov?

O, hələ Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri işlədiyi vaxtlardan onun "sağ əli" olub. 2019-cu ildə onu AMEA-ya gətirib. 37 yaşlı bu cavan oğlan artıq siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Oxuməni.az Azpolitika.info-ya istinadən xəbər verir ki, Ramiz Mehdiyev özünün inzibati-amiranə hakimiyyətini qurmaq məqsədi ilə AMEA-nın Nizamnaməsini, demokratik idarəçiliyin əsaslarını dağıdaraq, qeyri-qanuni AMEA Prezidentinin Katibliyini yaratdı. Eldar Əmirovu da həmin vəzifəyə rəis təyin etdi.

İlk baxışdan belə təəssürat yaranır ki, bu katiblik sənəd işi ilə məşğul olur. Əsla yox!

Bu şəxs həmin vəzifədə sözün əsl mənasında Elmlər Akademiyasının, alimlərin, vəzifəli şəxslərin taleyini həll edir. De-fakto AMEA-ya rəhbərlik edir. Çünki Ramiz Mehdiyevin nə yaşı, nə səhhəti, nə də ki idarəetmə üçün zəruri olan digər keyfiyyətləri imkan vermir ki, elmi təklifləri, konsepsiyaları, ərizələri, şikayətləri oxusun və müvafiq qərarlar qəbul etsin, tapşırıqlar versin. Sənədlərin üzərində dərkənarlar qoysun, imza atsın, möhür vursun.

Bütün bu məsuliyyətli, taleyüklü işlər Eldar Əmirovun rəhbərlik etdiyi katiblikdə, sözün əsl mənasında, tam gizli şəraitdə fəaliyyət göstərən “bunker”də həyata keçirilir. Eldar Əmirovun yaratdığı geniş şaxələnmiş şəbəkəsi fasiləsiz olaraq şər-böhtan xarakterli məlumatlar toplayır, şikar seçilən istənilən alimi, institut rəhbərlərini, adi işçiləri hədəfə alır, onların ləkələnməsi, sıradan çıxarılması üçün davamlı fəaliyyət göstərir.

Eldar Əmirov həmçinin xüsusi maraqlar zəminində, özünə məxsus taktiki gedişlər əsasında AMEA-nın kadr siyasətini həyata keçirir, şübhəli reputasiya və qabilyyətə malik şəxsləri müxtəlif vəzifələrə yerləşdirir.

O, hakimiyyətini gücləndirmək, bədniyyətli məqsədlərinə çatmaq üçün qeyri-qanuni olaraq AMEA Rəyasət Heyəti Aparatının rəhbəri vəzifəsini təsis edib. Həmin vəzifəyə isə ölkənin ali məktəblərinin birində kadrlar şöbəsinin müdiri vəzifəsində çalışan, akademik təfəkkürdən çox uzaq olan bir dostunu – Seyfəl Həsənovu yüksək maaş və səlahiyyətlərlə, xidməti nəqliyyat vasitəsi ilə təmin edib.

Hələ bu da azmış kimi AMEA-nın vitse-prezidentlərindən birinin kabinetini əlindən alıb və Seyfəl Həsənovun sərəncamına verib. AMEA işçilərinin, vəzifəli şəxslərin görkəmli alimlərin gözünü qırmaq, 37-ci il sayağı qorxu, xof yaratmaq üçün Aparat rəhbəri Seyfəl Həsənovun sədrliyi, əvvəllər həbsdə yatmış, təhsili yalnız Azərbaycan Beynəlxalq Universitetinin diplomundan ibarət olan AMEA Prezidentinin köməkçisi Natiq Allahverdiyevin müavinliyi ilə daimi faəliyyət göstərən “Fövqəladə Komissiya” yaradılıb.

Ramiz Mehdiyev – Eldar Əmirov cütlüyünün nəzdində “spetsnaz” kimi fəaliyyət göstərən bu komissiya şikar kimi seçilmiş institutlara, təşkilatlara qəfil göndərilir, çeşidli "korrupsioner əməllər" aşkarlayır.

No description available.

Bundan sonra sözün əsl mənasında tragikomik “məhkəmə - istintaq” səhnələri başlayır. Cəngəllik qanunlarına əsasən gücün çatdığını məhv etməlisən, nüfuzlu akademikləri korrupsioner elan edib ölkənin milli intellektual dəyərlərini hörmətdən salmalısan, gücün çatmadığının qarşısından qaçmalı, üzr istəməli, hətta ikrah doğurucu, ürəkbulandırıcı sözlərlə onu tərifləməlisən.

AMEA-nın Yüksək Texnologiyalar Parkına, digər təşkilatlara qədəm qoyan hər bir biznesmen Eldar Əmirovun “bunker"indən keçdikdən sonra fəaliyyətə başlayır, daim onun nəzarətində olur, hesabat verir. Ən başlıcası, Eldar Əmirov AMEA-nın siyasi-ideoloji strategiyasının prioritetlərini müəyyənləşdirir, akademik fəaliyyətə aid olmayan, ziyanlı şəxsi ambisiyalarla zəngin bəyanatlar hazırlayır, ləyaqətli alimləri çirkin intiriqalara sövq edir, elmi müəssisə və təşkilatlarda qeyri-sağlam mənəvi-intellektual mühit yaradır.

Yeri gəlmişkən, Eldar Əmirovun “bunker"ində bu çirkin, mənəviyyatsız fəaliyyətlə, həmçinin populyar internet resurslarında (youtube, sosial şəbəkələrdə və s.) 24 saat Ramiz Mehdiyevin keşiyini çəkən, monitorinq aparan digər bir xüsusi təyinatlı dəstə - “spetsnaz” iş başındadır.

Eldar Əmirov sən demə, həm də böyük alim və “Nizamişünas” imiş. Bu şəxs iki daşın arasında zəbt etdiyi inzibati-amiranə və digər qeyri-qanuni resursların hesabına hələ özünə bir elmlər doktoru dissertasiyası yazdırır. Tələsmək lazımdır, çünki qarşıdan Elmlər Akademiyasına seçkilər gələ bilər axı.

AMEA-da hər kəs bilir ki, Eldar Əmirovun kəsdiyi başa sorğu-sual yoxdur. Onun sözü Ramiz Mehdiyevin yanında qanundan üstündür. Üstəlik də Ramiz Mehdiyev işə az-az gəlir. Ona görə də hamı - AMEA rəhbərliyindən, institut direktorlarından tutmuş, adi işçiyə qədər Eldar Əmirovun “bunker”inin qarşısında növbəyə düzülür, qarşısında baş əyir, ağzından, qələmindən çıxan hər bir fikrə məddahlıq edir.

Eldar Əmirov AMEA Rəyasət Heyəti aparatının uzun illər boyunca fəaliyyət göstərən strukturunu tamamilə dağıdıb, yerində Ramiz Mehdiyevə özünü sədaqətli göstərən mənəviyyatsız, yaltaq kadrlardan ibarət şəbəkə, həmçinin onların mükafatlandırılması üçün qeyri-qanuni qurumlar yaradıb.

Bundan başqa Eldar Əmirov həm də Ramiz Mehdiyevlə akademiklər, institut direktorları, vəzifəli şəxslər, sıravi əməkdaşlar arasında yüksək bir dağdır. Bu dağı aşmaq hər kəsə nəsib olmur. Gərəkdir ki, Eldar Əmirovun çox da asan olmayan simpatiyasını qazanasan, onun qarşısında baş əyəsən, təzim edəsən.

Hələ Elmlər Akademiyasının üzvləri bilmirlər ki, onların səsi ilə seçilən AMEA Prezidentinin Rəyasət Heyətinin səlahiyyətlərindən əsər-əlamət qalmayıb. Ramiz Mehdiyev AMEA-ya prezident vəzifəsinə gələndən Elmlər Akademiyasında hakimiyyət Eldar Əmirovun rəhbərliyi ilə bir qrup şəxs tətəfindən zəbt olunub. Necə deyərlər imzası, möhürü, dərkənarı ilə əmin ola bilərsiniz ki, AMEA-nın düşdüyü böhranın əsas mənbələrindən biri də məhz Ramiz Mehdiyev tərəfindən yaradılan qeyri-qanuni, səriştəsiz idarəetmədir. Elmlər Akademiyasının üzvləri, institut direktorları, ümumiyyətlə ölkə ictimaiyyəti, bilin və agah olun ki, AMEA-da hakimiyyət zəbt olunub. Vaxt itirmədən, çox təcili bu böhrandan çıxış yolu tapılmalıdır. (demokrat.az).

P.S. "AzPolitika.info"ya daxil olan məlumata görə, Eldar Əmirov Ramiz Mehdiyevin baldızının - arvadı Qalina Yuryevnanın bacısının oğludur. Mehdiyevin Eldar Əmirovu özünün "sağ əli" etməsi də bununla bağlanılır.