47 yaşlı kişi venalarını doğradı
Bu gecə saat 04:55 radələrində Bakının Binəqədi rayonunda 47 yaşlı kişi venasını doğrayıb. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, I Mədən, korpus 37, ev 307 ünvanında yaşayan Hafiz Məmmədov venasını doğrayıb. Onun huşsuz bədəni hamamda ailə üzvləri tərəfindən aşkarlanıb. Dərhal həkim çağrılıb və H.Məmmədov xəstəxanaya yerləşdirilib.Hələlik onun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər