İstilər düşür!
38 dərəcə isti olacaq
Bakı və Abşeron yarımadasında avqustun 15-də dəyişkən buludlu, yağmursuz hava şəraiti müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, temperatur gündüz 31-36, gecə 20-24 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında avqustun 15-də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Şərq küləyi əsəcək.Temperatur gecə 19-24, gündüz 33-38 dərəcə isti olacaq. Dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti gözlənilir.
O.M.
Digər xəbərlər