VİDEO: Üçəmlərin atası danışdı: "Onlara soyadımı verməyəcəm!"

VİDEO: Üçəmlərin atası danışdı: "Onlara soyadımı verməyəcəm!"

10 Sentyabr 2013 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

31 yaşlı Xəyaləni həyat yoldaşı Ramin üçəm uşaq dünyaya gətirdiyinə görə tərk edib. Bu il avqust ayının 6-da ilk hamiləliyindən 2 qız 1 oğul dünyaya gətirən Xəyalə Hüseynova ərinin ona göstərdiyi münasibətini hələ də anlaya bilmir.

Heç bir yerdə işlələməyən çarəsiz gənc qadın üçəmləri ilə birgə anasının evinə sığınmalı olub.Xəyalənin anası Şərqiyyə xanım deyir ki, qızım hamiləliyini ağır keçirdiyindən həkimlərin təkidi ilə doğuşdan iki ay əvvəl xəstəxanada stasionar şəraitdə müalicə alıb. Bu zaman ərzində həyat yoldaşı Ramin bir dəfə də olsun xanımının yanına gəlməyib, nədə ki ondan bir xəbər tutmayıb.

2012-ci ilin 7 fevralında nikah bağlayan Xəyalə ilə Raminin həyatı öz axarı ilə davam edib. Takii Ramin onun üçəmlə hamiləliyini bilənə qədər. Bir uşaq istədiyini deyən gənc atanı deyəsən 3 övladın birdən dünyaya gəlməsi qorxudub. Məsuliyyətinin artacağını görən ata onlardan imtina etmək qərarına gəlib. Gənc atadan bu addımı niyə atmasının səbəbini dəqiqləşdirməyə cəhd etdik. Üçəmlərin atası, Ramin Hüseynov bildirdi ki,: "O mənim anamı söyüb, mən onlara adımı və soyadımı verməcəyəm! Vəssalam, onu görmək istəmirəm".

Ər arvad arasında xırda mübahisəyə görə övladlarından imtina edən valideynlik vəzifəsini dərk etməyən ataya filosoflardan birinin sözünü demək istərdik: "Atasız uşaq tavansız ev kimidir... "