Apreldə erməni ordusu atəşkəsi 212 dəfə pozub
Atəşkəsin pozulması və mina partlayışları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbçisi şəhid olub, 9-u yaralanıb
Cari ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 212 dəfə pozulub.apa -nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, aprel ayında cəbhə xəttində atəşkəsin pozulması və mina partlayışları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbçisi şəhid olub, 9 hərbçisi (6 nəfər mina partlayışından) isə yaralanıb.
Ötən ay atəşkəs pozuntularının sayına görə ilk yerdə Ağdam rayonu dayanıb. Ermənistan ordusunun bölmələri cəbhənin bu istiqamətində ay ərzində atəşkəs rejimini 67 dəfə pozub.
Aprel ayında Qarabağ cəbhəsində Füzuli rayonu istiqamətində 46 dəfə, Xocavənd rayonu istiqamətində 23 dəfə, Goranboy rayonu istiqamətində 20 dəfə, Tərtər rayonu istiqamətində 19 dəfə, Cəbrayıl rayonu istiqamətində 14 dəfə, Göygöl rayonu istiqamətində 7 dəfə atəşkəs pozuntusu qeydə alınıb.
Ermənistan-Azərbaycan dövlət sərhədində isə Qazax rayonu istiqamətində 15, Tovuz rayonu istiqamətində 11, Gədəbəy rayonu istiqamətində 7, Ağstafa rayonu istiqamətində 3 dəfə atəşkəs pozuntusu qeydə alınıb.
Monitorinqlərə əsasən 2014-cü ilin ilk beş ayında cəbhədə atəşkəs rejimi 2242 dəfə pozulub. Atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə və mina partlayışlarında Azərbaycan Silahlı Qüvvələrinin 9 hərbçisi şəhid olub. On üç hərbi qulluqçu (8 nəfər mina partlayışı) və 2 mülki sakin (Tovuz rayon Əlibəyli kənd sakini, qadın) isə yaralanıb.
Mediainfo.az