Dağıntılar altından çıxarılanların sayı 11 oldu

Dağıntılar altından çıxarılanların sayı 11 oldu

8 Sentyabr 2014 18:03
Bəyəndim (0) Bəyənmədim (0)

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılanların sayı 11-ə çatıb.

Apa-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

Hal-hazırkı vaxta qədər xəsarət alan 9 nəfər və vəfat edən 2 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 9 nəfəri xilas ediblər. Onlardan 8 nəfərinin adları məlumdur: 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı, 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlu və 9 yaşında Ayxan Abbasovdur. Hadisə zamanı dünyasını dəyişənlər isə Məharət Əhmədov və 1965-ci il təvəllüdlü Abbasova İfayət Bəhram qızıdır.

Mediainfo.az