ABŞ-da 100-dən çox aksiyaçı tutuldu

ABŞ-da 100-dən çox aksiyaçı tutuldu

23 Sentyabr 2014 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində 100 min nəfərin qatıldığı kütləvi yürüşdən bir gün sonra növbəti kütləvi aksiya baş tutub.

ANS PRESS-in verdiyi məlumata görə, bu dəfə Manhettendə oturaq aksiya keçirən 1000-dən çox fəal Brodveyin bəzi hissələrində yolları bağlayıb. İqlimin və ətraf mühitin mühafizəsinə diqqət çəkmək istəyən fəalladan 100-ü həbs edilib.
Onlardan birinin ağ qütb ayısı kostyumunda olması diqqət çəkib. İqlim böhranı ilə bağlı aksiyalar BMT-nin Baş Assambleyasının keçirildiyi vaxta təsadüf edib.

Mediainfo.az