BMT Təhlükəsizlik Şurası daha 16 terrorçunu “qara siyahı”ya saldı

BMT Təhlükəsizlik Şurası daha 16 terrorçunu “qara siyahı”ya saldı

24 Sentyabr 2014 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

BMT-nin Təhlükəsizlik Şurası (TŞ) 16 radikal islamçı terrorçunun adını "arzuolunmaz şəxslər" siyahısına salıb. Newsru.com-un TŞ-nın saytına istinadən yaydığı məlumata görə, "qara siyahı"ya İŞİD-in rəhbərləri başçılıq edir. Həmçinin bir neçə Küveyt, Səudiyyə Ərəbistanı, İraq, Seneqal, Suriya, Tunis və Avropa vətəndaşları da adıçəkilən siyahıda yer alırlar. Beləliklə, sanksiyaya düşən yüzlərlə insanın siyahısına daha 16 terrorçu əlavə edilib. Sənəddə qeyd olunur ki, istər qanunsuz silahlı birləşmələrdə birbaşa iştirak edən şəxslər, istərsə də onları maliyyələşdirənlər, insanlar arasında radikal təbliğat aparanlar, qruplaşmaların sayını artırmaqla məşğul olanlar terrorçu sayılırlar. İndən belə həmin şəxslər Avropa ərazisinə daxil ola bilməyəcəklər, həmçinin onların bütün biznes fəaliyyətləri, maliyyə aktivləri dondurulacaq.

Qeyd edək ki, sanksiya tətbiq olunanlar arasında 3 avropalı da var: norveçli Anders Kemeron, Ostensviq Deyl və fransız Kevin Qiyavarş.

Xatırladaq ki, adıçəkilən sənəd Təhlükəsizlik Şurasının bugünkü iclası ərəfəsində açıqlanıb.

Mediainfo.az