Şair Dərviş Cavanşir vəfat edib
Şair-publisist Dərviş Cavanşir dünən saat 22 radələrində ürək tutmasından dünyasını dəyişib. O, bu gün Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.
Məmmədov Cavanşir Musa oğlu (Dərviş Cavanşir) 1954-cü il yanvarın 9-da Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olub.
Bədii yaradıcılığa XX əsrin 60-cı illərindən başlayıb. İlk dövrlərdə ədəbi-publisistik əsərləri və şeirləri Cavanşir Eloğlu, 1992-ci ildən isə Dərviş Cavanşir imzası ilə çap olunub. 1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 1996-cı ildən Jurnalistlər Birliyinin üzvü olub.
Digər xəbərlər