Dağlıq Lerik rayonuna 3 gündən bəri yağan güclü qar bir sıra fəsadlara səbəb olub

Dağlıq Lerik rayonuna 3 gündən bəri yağan güclü qar bir sıra fəsadlara səbəb olub

22 Fevral 2015 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Belə ki, Hamarat kəndi ərazisində, eləcə də Yardımlı-Masallı yüksək gərginliklli hava xətlərində qəza baş verdiyindən fevralın 20-dən günorta saatlarından Lerik şəhəri də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələri işıqsız qalıb.

Bu isə rayondakı mobil telefon operatorlarının da işinin iflic olması ilə nəticələnib. Hazırda həm "Aztelekom"un, həm də mobil telefon abonentlərinin heç biri ilə əlaqə yaratmaq mümkün deyil. Güclü qar Lənkəran-Lerik şosesində nəqliyyat vasitələrinin hərəkətini də iflic edib.

Mediainfo.az