Yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
İmişli rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
İmişli Rayon Polis Şöbəsindən Apa-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun Rəsullu kəndindən keçən hissəsində qeydə alınıb.
1970-ci il təvəllüdlü Qurban Ziyəddin oğlu Şadlinskinin idarə etdiyi "QAZ 24" markalı, 30 BG 828 dövlət nömrə nişanlı avtomobil 1985-ci il təvəllüdlü Elsəvər Mürsəl oğlu Ağakişiyevin idarə etdiyi "VAZ 2105" markalı, 10 HT 681 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə "VAZ 2105"-in sürücüsü və sərnişin Xəlilov Mübariz Maarif oğlu, "QAZ 24"-də olan 1963-cü il təvəllüdlü Medvedev Yuri Konstantinoviç və Nadir Zakir oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az







































.jpg)


.jpg)
.jpg)
.jpg)

































.jpg)
.jpg)
.jpg)











