"Memar Əcəmi" yaxınlığında yaşlı qadını avtomobil vurub
Bakıda yüksək sürətlə hərəkət edən minik avtomobili piyada keçidindən istifadə edən qadına ağır xəsarət yetirib.
Yol-nəqliyyat hadisəsi Nəsimi rayonunda baş verub.
Cavadxan küçəsində piyada zolağından yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Mikayılova Mənzər Həsən qızını sürətlə hərəkət edən minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt Nəsimi Rayon Polis İdarəsində araşdırılır. report
Digər xəbərlər