Oğuz rayonunda dağlıq meşə ərazisində baş vermiş yanğın söndürülüb
Oğuz rayonunun Xalxal kəndi yaxınlığında dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları tərəfindən söndürülüb.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. O deyib ki, yanğın ümumilikdə 1 hektara yaxın ərazini əhatə etsə də, 30 sot sahədə kol-kos və quru ot örtüyü yanıb.
Oxuməni.az
Digər xəbərlər