Oğru uzağa qaça bilməyib
Gəncədə oğurluq edən bir nəfər polis əməkdaşları tərəfindən yaxalanıb. Məmmədov
Bəxtiyar adlı Kəpəz rayon sakini keçirilmiş əməliyyat nəticəsində saxlanılıb.
O, Gəncə şəhər sakini Cahan İsgəndərovanın evindən pəncərədən girmək yolu ilə 1 ədəd antena tuneri, qızıl və geyim əşyaları oğurlamaqda günahlandırılır.
Hadisə ilə bağlı cinayət məcəlləsinin müvafiq bəndlərinə uyğun Kəpəz rayon prokurorluğunda cinayət işi açılıb, rayon polis şöbəsinin əməkdaşları tərəfindən müqəssirin başqa cinayətlərdə əlinin olub-olmamağı araşdırılır.
Oğurluqla, başqa bir işin ömrü 40 gün olar...
Elvin Babayev
O.M.
Digər xəbərlər