Yaşadığı qadını öldürdüyünə görə Çeçenistanda 15 illik həbs olundu
Rusiya Federasiyası Çeçenistan Respublikasının Ali Məhkəməsi 30 yaşlı Azərbaycan vətəndaşı Fərhad Nuhov haqqında Şali şəhər məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
APA-nın Çeçenistan Prokurorluğunun saytına istinadən verdiyi məlumata görə, F. Nuhov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə), 158-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi ilə (başqasının əmlakını xüsusilə iri miqdarda oğurlamaq) ittiham olunaraq 15 il azadlıqdan məhrum edilib.
Məhkəmə istintaqı zamanı sübut olunub ki, F. Nuhov evində qaldığı qadını boğub öldürərək onun 1 milyon rubldan çox dəyəri olan əmlakını ələ keçirib. F. Nuhov bu hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Lakin apellyasiya rədd edilib və hökm qüvvəyə minib.
Mediainfo.az