Azərbaycanda keçmiş məmuru döyə-döyə öldürdülər
2 gün əvvəl Abşeron rayonunun "28 May" qəsəbəsində 51 yaşlı Tapdıq Məmliyevin döyülərək öldürülməsi hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Məlumata görə, hadisə T.Məmliyevin oğlu ilə həmyerlisi Səftər Hacıyevin övladı arasındakı mübahisədən sonra baş verib. Belə ki, uşaqlar dalaşarkən bir-birinin ünvanına nalayiq sözlər işlədib. S.Hacıyevin oğlu bu barədə atasına məlumat verib. Xəbəri eşidəndə sərxoş vəziyyətdə olan S.Hacıyev bundan sonra qardaşı Bəxtiyar və əmisi oğlu Şahmarla birgə Tapdıq Məmliyevin üstünə gedib. Onlar arasındakı mübahisə münaqişəyə çevrilib və həmin şəxslə 51 yaşlı Tapdıq Məmliyevi döyərək xəsarətlər yetiriblər. Başından ağır xəsarət alan T.Məmliyev xəstəxanaya aparılarkən yolda ölüb.
Bildirilir ki, hadisədən sonra qəsəbə sakinləri hadisəni törədən şəxslərdən oradan köçüb getmələrini tələb ediblər. Qətlə yetirilən T.Məmliyev xeyli vaxt bələdiyyədə rəhbər vəzifədə işləyib və qəsəbə sakinləri arasında hörmət sahibi imiş.
Araşdırmalar davam etdirilir.
Mediainfo.az
Digər xəbərlər