Paşinyan Lukaşenko ilə söhbətində KTMT-nin Minsk görüşündə iştirak etməyəcəyini bildirib

Paşinyan Lukaşenko ilə söhbətində KTMT-nin Minsk görüşündə iştirak etməyəcəyini bildirib

14 Noyabr 2023 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcəyini bildirib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Belarus tərəfinin təşəbbüsü ilə baş nazir Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb. KTMT Şurasının noyabrın 23-də Minskdə keçiriləcək iclasının təşkili ilə bağlı məsələlər müzakirə olunub. Baş nazir Paşinyan Belarus prezidentinə görüşdə iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının bu qərarı anlayacağına ümid etdiyini bildirib”, - mesajda deyilir.

Oxuməni.az