“Mirvari” kafesində çoxsaylı qanun pozuntusu və antisanitariya halları aşkar edildi
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Mediainfo.az-a verilən məlumata görə, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkda yerləşən fiziki şəxs Xəlilov Gülabı Vaqif oğluna məxsus "Mirvari" kafesində dövlət nəzarəti tədbirləri həyata keçirmişdir. Müəssisə əhaliyə iaşə xidmətinin göstərilməsi üzrə ixtisaslaşmışdır.
Araşdırma zamanı bir neçə nöqsan aşkar edilmişdir. Müəssisədə müxtəlif tərkibli kulinariya məmulatları müəyyən edilmiş qaydada təsdiq edilmiş resepturalar və texnoloji təlimatlar olmadan hazırlanır, sahibkar alkoqollu (araq, səməni pivəsi və.s) içkilərin satışını həyata keçirmək üçün tələb olunan xüsusi razılıqla (lisenziya) təmin edilməmişdir, istismar olunan 3 ədəd ölçmə vasitələri (2 ədəd termotənzimləyici, 1 ədəd elektron tərəzi) yoxlama dövriliyinə uyğun olaraq yoxlamadan keçirilməmişdir və iaşə obyektində 1/600 qr olan 25 ədəd toyuq ətinin mənşəyi məlum deyil. Belə ki, qeyd olunan məhsulun üzərində istehsal tarixi, saxlanılma müddəti, istehsalçı barədə məlumatlar mövcud deyil. Həmçinin toyuq ətinin saxlanılması zamanı saxlanılma rejiminə soyuducunun temperatur göstəricisi olmadığından nəzarət edilmir, mənşəyi məlum olmayan 1/3 kq olan çiyələk mürəbbəsi, 1/3 kq olan qarpız mürəbbəsi, 1/3kq olan ağ gilas mürəbbəsi, 1/3 kq olan albalı mürəbbəsi, 1/3kq olan feyxoa mürəbbəsi aşkar edilmişdir ki, bu məhsulların üzərində istehsalçı, istehsal tarixi və saxlanma müddəti barədə məlumatlar mövcud deyil, istifadə olunan ədviyyatlar müxtəlif qəlyan üçün nəzərdə tutulan tütün qablarına boşaldılaraq istifadə olunur. İaşə obyektində istifadə olunan yumurta normativ sənədlərdə nəzərdə tutulmuş qaydada yuyulmadan salatların və digər yeyinti məhsullarının saxlanıldığı soyuducuda saxlanılır və hazırlanan kulinariya məhsullarının sınaqlarının aparılmasına dair hər hansı bir sınaq laboratoriyası ilə müqavilə yoxlamaya təqdim olunmamışdır.
Yoxlama nəticəsində aşkar olunan nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında qərar verilmişdir.
Mediainfo.az











































































.jpg-2.jpg)












