Ayağındakı 90 kq-lıq şiş əməliyyatla götürüləcək
Vyetnamda bir xəstənin ayağından 90 kq-lıq şiş əməliyyatla götürüləcək.
Ho Şi Minx Xərçəng Xəstəxanasının rəhbəri Le Hoanq Minxin sözlərinə görə, pasiyentin ayağındakı şiş sürətlə böyüməkdədir. Sadəcə ötən aydan bu yana şişin diametri 10 sm. genişlənib. Duy Haini bu şişdən azad etmək üçün amerikalı həkimlər də köməyə gələcəklər. Şiş onurğa və çanağa, eləcə də nəfəs almaya ziyan verməkdədir.
14 il öncə şişin qarşısını almaq üçün ayağı dizinin altından kəsilən Duyun kritik əməliyyatının noyabr ayında həyata keçirilməsi və 8-14 saat davam etməsi gözlənilir.
Günel Həbib
O.M.
Digər xəbərlər