Bir milyona yaxın əcnəbinin Rusiyaya girişinə qadağa qoyulub

Bir milyona yaxın əcnəbinin Rusiyaya girişinə qadağa qoyulub

23 Sentyabr 2014 16:42
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romadanovski bildirib ki, 990 mindən çox əcnəbinin Rusiyaya girişi yasaqlanıb: "Əlbəttə ki, MDB ölkələri - Özbəkistan (40 faiz), Tacikistan (20 faiz), Qırğızıstan və Azərbaycan siyahıya liderlik edirlər".

K. Romadanovsinin sözlərinə görə, Rusiya qanunvericiliyini pozan əcnəbilərin ölkəyə girişini yasaqlayan avtomatik sistem effektli nəticə verib: "Biz bu il Mərkəzi Asyadan kütləvi girişi çox azaltmışıq. Ölkəyə girişin qadağan olunması qeyri-qanuni miqrasiya və qeyri-qanuni əmək fəaliyyəti ilə bağlı səmərəli xəbərdarlıq tədbiri kimi özünü göstərib".

Mediainfo.az