Çempionlar Liqası: “Liverpul” ilə “Ayaks” pley-offda, “Beşiktaş” darmadağın oldu
UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.
Oxuməni.az xəbər verir ki, turun son 6 oyunundan sonra 1/8 finala daha iki vəsiqənin sahibi bəlli olub.
B qrupunda "Liverpul" evdə İspaniyanın "Atletiko" klubunu məğlub edib və sona 2 tur qalmış pley-offa adlayıb.
C qrupunda isə Niderland "Ayaks"ı Almaniyada "Borussiya" (Dortmund) komandası üzərində əzmkar qələbə sayəsində vaxtından əvvəl növbəti mərhələyə yüksəlib. Qrupun digər matçında "Beşiktaş" Portuqaliyada "Sportinq"ə böyük hesabla məğlub olub - 0:4.
Bununla da İstanbul təmsilçisi qrupda qalıb.
A qrupu
"Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika) - 4:1
Qollar: Fil Foden, 15, Riyad Mahrez, 54, Rahim Sterlinq, 72, Qabriel Jezus, 90+2 - Con Stounz, 17 (avtoqol)
"Leyptsiq" (Almaniya) - PSJ (Fransa) - 2:2
Qollar: Kristofer Nkunku, 8, Dominik Soboslai, 90+2 (pen.) - Corcinyo Veynaldum, 21; 39
B qrupu
"Milan" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:1
Qollar: Şansel Mbemba, 61 (avtoqol) - Luis Dias, 39
"Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 2:0
Qollar: Diequ Jota, 13, Sadio Mane, 21
Qırmızı vərəqə: Felipe, 36 ("Atletiko")
C qrupu
"Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə) - 4:0
Qollar: Pote, 31 (pen.); 38, Paulinyo, 41, Pablo Sarabiya, 56
Qırmızı vərəqə: Jozef De Souza, 90 ("Beşiktaş")
"Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Niderland) - 1:3
Qollar: Marko Roys, 37 (pen.) - Duşan Tadiç, 72, Sebastyan Alle, 83, Davi Klassen, 90+3
Qırmızı vərəqə: Matts Hummels, 29 ("Borussiya")
D qrupu
"Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:1
Qollar: Kərim Benzema, 14; 61 - Fernando, 39
"Şerif" (Moldova) - "İnter" (İtaliya) - 1:3
Qollar: Adama Traore, 90+2 - Martselo Brozoviç, 54, Milan Şkrinyar, 66